Putin Baş Nazir vəzifəsinə Mixail Mişustinin namizədliyini irəli sürdü

 Putin Baş Nazir vəzifəsinə Mixail Mişustinin namizədliyini irəli sürdü
  16 Yanvar 2020    Oxunub:4544
Rusiya Prezidenti Vladimir Putin Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustinə Baş Nazir vəzifəsini təklif edib.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident Vladimir Putin Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini tutmağı təklif edib. Mişustinin razılığı ilə onun namizədliyi Dövlət Dumasına təqdim olunub.

Azvision.az


Teqlər: Rusiya   Putin   Baş-Nazir  





Xəbər lenti