YAP üzvünün namizədliyi qeydə alınmayıb

 YAP üzvünün namizədliyi qeydə alınmayıb
  15 Yanvar 2020    Oxunub:3384
Öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının üzvünün namizədliyi qeydə alınmayıb.
Azvision.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib ki, namizədliyini 96 saylı Goranboy-Naftalan seçki dairəsindən irəli sürmüş Topçuyev Azər Yusif oğlu öz sənədlərini dairə seçki komissiyasına təqdim etməkdən imtina edib.

Qeyd olunub ki, A.Topçuyev dairə seçki komissiyasına inanmadığı üçün sənədlərini DSK-ya təqdim etməyib və daha sonra valideynlərinin iştirakı ilə sənədlərini təqdim edəcəyini bildirib. Lakin valideyinləri gəlsə də, namizəd yenə də sənədlərini DSK-ya təqdim etməyib. Belə olan halda dairə seçki komissiyası onun namzədliyi qeydə alınmayıb.

Lakin namizəd sonradan Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədliyinin qeydə alınmamasından şikayət edib. MSK müraciətə baxaraq namizədin müraciətinin əsassız olduğunu bildirib və DSK-nın qərarını qüvvədə saxlayıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti