Sakinlərdən silah-sursat götürülüb

Sakinlərdən silah-sursat götürülüb
  15 Yanvar 2020    Oxunub:2912
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayazı kənd sakini Ə.Cabbarovun evindən 654 ədəd müxtəlif çaplı patron, 1 ədəd fişəng, 1 ədəd “RQD-5” markalı və 1 ədəd “F-1” markalı qumbara aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayon sakini T.Kərimovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti