Gəncədə ağır qəza: sürücü öldü

Gəncədə ağır qəza: sürücü öldü
  21 Dekabr 2013    Oxunub:937
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Mercedes" markalı, minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Qəza nəticəsində avtomobildə olan 3 nəfər sərnişin yanğınsöndürən-xilasedicilər tərəfindən, avtomobildə sıxıılmış vəziyyətdə qalan sürücü 1987-ci il təvəllüdlü Abbasov Rəşid Şahin oğlunun meyiti isə Nazirliyin Gəncə Regionl Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 03:08-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti