Merkel və Putin Berlin konfransını müzakirə etdilər
Xatırladaq ki, bazar ertəsi Moskvada Liviya münaqişəsinin həllinə dair çoxtərəfli müşavirə keçirildi. Rus xəbər agentliyi RİA Novosti sonradan bəyan etdi ki, münaqişə tərəfləri razılığa gələ bilməyiblər. Xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Liviya Milli Ordusunun başçısı, Marşal Xəlifə Həftar, əlavə zaman istəyib. RİO Novostinin Liviyadakı mənbələrindən əldə etdiyi məlumata görə, HəftarTripoli hökuməti ilə razılaşmanı imzalamadan Moskvanı tərk edib. Qeyd edək ki, yanvarın 12 də münaqişə tərəfləri atəşkəs imzalayıblar. Növbəti gün, yanvarın 13- də atəşkəs məsələsini müzakirə etmək üçün Moskvada toplaşıblar.
Demək olar ki, 2011-ci ildə Liviya lideri Müəmmar Qəddafi devrildikdən sonra Liviya vahid dövlət olaraq mövcud deyil. Hazırda dövlət “iki başlı hakimiyyət” altındadır. Şərqi Liviya xalq tərəfindən seçilən Parlamentin, Qərbi Liviya isə , BMT və Avropa Birliynin dəstəyi ilə qurulan Milli Birlik Höküməti tərəfindən idarə olunur. Ölkənin şərq hissəsinin dövlət orqanları paytaxt Tripoliyə bağlı olmadan hərəkət edir, Liviya Milli Ordu ilə əməkdaşdırlar.
Bu arada, Berlində keçiriləcək beynəlxalq sülh konfrası yanvarın 19-na təyin olunub. Məqsəd Liviyada Şərq və Qərb hərbi hökumətlərini BMT silah embarqosuna tabe olmağa və atəşkəsə dəstək olmağa inandırmaqdır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da sammitdə iştirakı gözlənilir.
Pərvanə Yahyazadə
AzVision.az
Teqlər: