Paşinyan İstintaq Komitəsində ifadə verib

 Paşinyan İstintaq Komitəsində ifadə verib
  15 Yanvar 2020    Oxunub:3200
Ermənistanın baş naziri Nikol Paşinyan ifadə vermək üçün ölkənin İstintaq Komitəsinə çağırılıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan “Facebook” səhifəsində yazıb.

O, foto paylaşaraq “Ermənistan tarixində ilk dəfə olaraq hazırkı dövlət başçısı ifadə vermək üçün istintaq komissiyasına dəvət olunub”, - deyə bildirib.

Lakin Paşinyanın hansı məsələ ilə əlaqədar İstintaq Komitəsinə çağırılmağı barədə məlumat verilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti