Putin uşaqlar üçün aylıq pul verilməsini təklif etdi

  15 Yanvar 2020    Oxunub : 5856
Putin uşaqlar üçün aylıq pul verilməsini təklif etdi
Rusiya Prezidenti Vladimir 2020-ci ilin 1 yanvar tarixindən 3-7 yaşa qədər olan hər bir uşaq üçün aylıq ödənişlərin tətbiqini təklif edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı xüsusilə aztəminatlı ailələrin probleminə diqqət çəkib: “Ailənin gəlirləri azdırsa, birinci və ikinci uşaq üçün əlavə ödəniş almalıdırlar. Bu, orta hesabla 11 min rubldan çoxdur".

Putin Rusiyadakı aztəminatlı ailələrin 70-80%-nin uşaqlı ailələr olduğunu söyləyib. Onun sözlərinə görə, bəzən bir nəfər deyil, hər iki valideyn işləsə belə, qazanc çox az olur.

Rusiya Prezidenti, həmçinin ikinci uşağın doğulması zamanı analara verilən vəsaiti illik 150 min rubl artırmağı, daha sonra onun hər il indekslənməsini təklif edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Prezident