Son 5 ildə 1445 nəfər Avropadan Azərbaycana qaytarılıb

Son 5 ildə 1445 nəfər Avropadan Azərbaycana qaytarılıb
  15 Yanvar 2020    Oxunub:4066
2014-cü ildən bu günə qədər 1445 nəfər Avropa ölkələrindən Azərbaycana geri qaytarılıb.

Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qaytarılan şəxslərin böyük əksəriyyəti Almaniyada olan azərbaycanlılar olub. V.Hüseynov qeyd edib ki, readmissiya Avstriya, Fransa, İsveç, Belçika kimi Avropa ölkələrindən reallaşıb:

"Bu günə olan məlumata əsasən, 1323 nəfərin readmissiya olunması ilə bağlı sorğular daxil olub və onlar müsbət cavablandırılıb. Lakin geri qaytarılması reallaşmayıb. Şəxslər qaytarıldığı təqdirdə Dövlət Miqrasiya Xidməti tərəfindən şəxslərin vəziyyəti, orada hansı problemlərinin olması ilə maraqlanılır. Miqrasiya Xidməti yanında reinteqrasiya işçi qrupu fəaliyyət göstərir. Orada müxtəlif qurumların nümayəndələri təmsil olunur. Biz bu çərçivədə 58 şəxsin ehtiyaclarının qarşılanmasını həyata keçirmişik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Vüsal-Hüseynov   Miqrasiya-Xidməti  





Xəbər lenti