Ötən il Azərbaycanda 1400 km-ə yaxın yol çəkilib

Ötən il Azərbaycanda 1400 km-ə yaxın yol çəkilib
  15 Yanvar 2020    Oxunub:2583
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2019-cu ildə 51 layihə üzrə 1 080 km yol çəkməli idi. Plan artıqlaması ilə yerinə yetirilib və 1 376 km yol çəkilib. Bu işlərin bir qismi mövcud yolların yenidən qurulması və onların üzərində süni qurğuların quraşdırılması ilə bağlıdır”.
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. Onun sözlərinə görə, bu günə qədər qurum tərəfindən Bakı və Bakıətrafı kənd və qəsəbələrdə 301 km yol çəkilib.

O, qeyd edib ki, yolların keyfiyyətli olması sürətə də təsir edir: “SSRİ dövründə Azərbaycanın avtomobil yollarında orta sürət həddi 60 km/saat idi. Hazırda isə bu göstərici 80 km/saatdır. Sürətin həddinin 10 km/saat artırılması yol üçün əlavə min tonlarla yük deməkdir. Hazırda Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə, MDB məkanında 2-ci, dünyada isə 27-ci yerdədir. Əgər əvvəllər Mil-Muğan zonasında yaşayanlar yolun keyfiyyətsizliyinə görə, Qəbələyə, Zaqatalaya getmək istəmirdilərsə, bu gün isə onlar həvəslə həmin yerlərə istirahətə gedirlər”.


Azvision.az



Teqlər: Yol  





Xəbər lenti