Cəbhəyanı ərazidən silah-sursat aşkarlanıb

Cəbhəyanı ərazidən silah-sursat aşkarlanıb
  15 Yanvar 2020    Oxunub:3277
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidmətdə olarkən Qaradağlı kəndi ərazisindəki boş sahədən 1 ədəd tək lüləli ov tüfəngi, 1 ədəd nömrəsi silinmiş “Makarov” tapançası, 52 ədəd pulemyot patronları, 3 ədəd boş giliz və 1 ədəd kiçik fişəngatan aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti