2041 əcnəbi Azərbaycanda daimi yaşamaq üçün icazə alıb

 2041 əcnəbi Azərbaycanda daimi yaşamaq üçün icazə alıb
  15 Yanvar 2020    Oxunub:4720
2019-cu ildə 2041 əcnəbi Azərbaycanda daimi yaşamaq üçün icazə alıb.

Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, daimi yaşamaq üçün icazə alanlardan 747 nəfəri Gürcüstan, 571 nəfəri Rusiya, 196 nəfəri Türkiyə, 95 nəfəri İran, 88 nəfəri Ukrayna, 343 nəfər isə digər ölkələrin vətəndaşlarıdır".

V.Hüseynov, həmçinin qeyd edib ki, ötən il 6680 nəfər əcnəbi iş icazəsi alıb: "Bu, 2018-ci illə müqayisədə 8 faiz artım deməkdir. İş icazəsi alanlardan 2355 nəfəri Türkiyə, 930 nəfəri Birləşmiş Krallıq, 449 nəfəri Hindistan, 285 nəfəri Rusiya, 259 nəfəri İran, 2402 nəfər digər ölkələrin vətəndaşlarıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Vüsal-Hüseynov   Miqrasiya-Xidməti   Hesabat  





Xəbər lenti