50 qadın və uşağı qul kimi saxlayan din xadimi tutulub

50 qadın və uşağı qul kimi saxlayan din xadimi tutulub
  15 Yanvar 2020    Oxunub:4132
İsrail polisi təxminən 50 qadın və uşağı qul şəraitində saxlayan ravvini həbs edib.
Azvision.az -ın “BBC”yə istinadən verdiyi məlumata görə, polis Qüdsdə yerləşən bir binada reyd keçirib və məlum olub ki, dini lider bir neçə ildir orada insanları qanunsuz olaraq qul əməyinə məcbur edərək saxlayır. Onun iddia olunan qurbanları qohumları və dostları ilə əlaqə qura bilmədən, tamamilə təcrid olunmuş vəziyyətdə saxlanılıblar.

60 yaşlı ravvin Qüdsün mərkəzində ultraortodoksal bölgədə qadın və uşaqları qul şəraitində işlətməsi, təcrid olunmuş şəkildə saxlaması ittihamı ilə tutulub. Onun səkkiz ortağı olduğu qeyd edilir.

"Qadınlar və uşaqlar bir neçə aydır ki, orada saxlanılıblar", - deyə polis sözçüsü Mika Rosenfeld bildirib. Onun sözlərinə görə, həmin şəxslərin pulları götürülüb və öz iradələrinə zidd olaraq saxlanılıblar. Din xadimi özü isə irəli sürülən bütün ittihamları rədd edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qüds   Ravvin   İsrail  





Xəbər lenti