Bakıda silahlı şəxs saxlanılıb - FOTO

Bakıda silahlı şəxs saxlanılıb -  FOTO
  14 Yanvar 2020    Oxunub:4349
Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü Polis Bölməsinin (PB) əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Oğuz rayon sakini Alqayıt Məmmədov Bakıxanov qəsəbəsində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 3 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb.

Faktla bağlı 13-cü PB-də toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İatintaq Şöbəsinə göndərilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti