Bakı sakinini hədələyib 3000 dollarını aldı

Bakı sakinini hədələyib 3000 dollarını aldı
  14 Yanvar 2020    Oxunub:2626
Bakıda keçmiş məhkum paytaxt sakinini kafedə hədələyib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da Yasamal rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini, əvvəllər qəsdən sağlamlığa yüngül zərər vurma, oğurluq, dələduzluq, əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və xuliqanlığa görə məhkum olunmuş A.Şirəliyev paytaxt sakini R.Abdiyevi hədələyərək 3000 ABŞ dollarını alarkən saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti