Bu il turizm sahəsində 10 faiz artım gözlənilir

Bu il turizm sahəsində 10 faiz artım gözlənilir
  14 Yanvar 2020    Oxunub:2772
"Ötən il turizm sahəsində 11,4 faiz artım olub. Xüsusilə, Avropa ölkələrindən gələn turistlərin sayında artım hiss olunur - təxminən 14 faiz artım qeydə alınıb. Asiya bazarı üzrə daha aşağı artım müşahidə edilib. Bu, o deməkdir ki, biz artıq öz marketinq strategiyamızda yeni yollar müəyyən etməliyik. Başa düşməliyik ki, turistlər daha etibarlı kommersiya qurumlarına ehtiyac duyurlar".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib. Onun sözlərinə görə, 2020-ci ildə turizm sahəsində təxminən 10 faiz artım gözlənilir:

"2020-ci ildə Böyük Britaniyadan turistlərin cəlb edilməsi nəzərdə tutulur. Bu il ərzində İspaniyada böyük turizm forumu keçiriləcək. Orada iştirak etmək Cənubi Avropadan turist cəlb edilməsi baxımından faydalı olacaq. Bu ilin sonunda Parisdə keçiriləcək sərgidə də iştirakımız planlaşdırılır. Azərbaycan Türizm Bürosu olaraq çalışırıq ki, vizanın əldə olunması üçün çətinliklərin daha da azaldılmasına nail olaq. Biz mübarizə aparacağıq ki, daha çox ölkə rahat şəkildə viza ala bilsin".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Büro  





Xəbər lenti