“Experience Azerbaijan” tanıtım jurnalı təqdim olundu

“Experience Azerbaijan” tanıtım jurnalı təqdim olundu
  14 Yanvar 2020    Oxunub:3483
Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilmiş “Experience Azerbaijan” tanıtım jurnalının təqdimat mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid jurnalın xarici vətəndaşlara Azərbaycan haqqında ətraflı məlumat təqdim etdiyini bildirərək təbliğat metodu olaraq nəşrlərin rolunun əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, 15 min tirajla çapdan çıxan və ölkəni beynəlxalq arenada təbliğ edən “Experience Azerbaijan” jurnalı ildə iki dəfə dərc olunacaq. Jurnalın növbəti nəşrləri mart və sentyabr aylarında işıq üzü görəcək.

Jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat verilib.

Yerli və beynəlxalq peşəkarlar tərəfindən hazırlanan jurnal Azərbaycanın xaricdə yerləşən bütün səfirliklərində, beynəxalq sərgi və yarmarkalarda, o cümlədən ölkəmizdə fəaliyyət göstərən əksər hotellərdə paylanılır.

Jurnalı onlayn formada linkdən istifadə edərək pulsuz əldə etmək mümkündür.

Aytən Zəhra
Azvision.az


Teqlər: Jurnal   Təqdimat  





Xəbər lenti