Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev
Azvision.az -a bildirib ki, Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə yol polisinin yük maşınlarının sürücülərindən rüşvət istəməsi ilə bağlı video yayılmışdı. Kadrlara əsasən, V. Mehdiyev yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə hər maşına görə 10 manat tələb edir.
Azvision.az
Teqlər:
DYP