Seçicilərin xəbərdar edilməsi prosesi bu gün başa çatır
14 Yanvar 2020
Oxunub:2683
Milli Məclisə növbədənkənar seçkiləri ilə bağlı məntəqə seçki komissiyaları tərəfindən seçki günü səsvermənin yeri və vaxtı barədə KİV və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi prosesi bu gün başa çatır.
Azvision.az xəbər verir ki, Secki-2020.az saytının məlumatına görə, Seçki Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları tərəfindən seçki günü səsvermənin yeri və vaxtı barədə KİV və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi prosesi səsvermə gününə azı 25 gün qalanadək başa çatmalıdır.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 15-dək olan dövrü əhatə edir.