Bu il 1500 Qarabağ əlili və şəhid ailəsinə ev veriləcək

Bu il 1500 Qarabağ əlili və şəhid ailəsinə ev veriləcək
  14 Yanvar 2020    Oxunub:3367
Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, əgər keçən il 934 mənzil verilmişdisə, bu il hesab edirəm ki, 1500 mənzil verilməlidir: "Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı müvafiq göstərişlər versinlər. Beləliklə, əgər biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik".

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti