Haftarın sülhdən imtina etməsinin səbəbi bilindi

Haftarın sülhdən imtina etməsinin səbəbi bilindi
  14 Yanvar 2020    Oxunub:3246
Liviya Milli Ordusunun komandiri Xəlifə Haftar Milli Razılıq Hökuməti Faiz Sarracla Moskvada atəşkəs müqaviləsi imzalamamasının səbəbini açıqlayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Haftar təklif edilən sənəddə Liviya ordusunun bir sıra tələblərinin nəzərə alınmadığını deyib.

Daha əvvəl Haftarın Sarracla atəşkəs sazişi imzalamadan Moskvadan ayrıldığı bildirilirdi.

Digər məlumata görə, Tripolinin cənubunda yenidən silahlı toqquşmalar başlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Liviya   Tripoli  





Xəbər lenti