ABŞ üçün ən təhlükəli iki ölkə

  13 Yanvar 2020    Oxunub : 2951
 ABŞ üçün ən təhlükəli iki ölkə
Amerika üçün əsas təhlükə Çin və Rusiyadır.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn bildirib. Onun sözlərinə görə, Rusiya ilə yanaşı Çin ciddi rəqib kimi qəbul olunmalıdır.

“Milli müdafiə strategiyasına uyğun olaraq Amerikaya qarşı ən böyük təhlükə Çin və Rusiyadan gəlir”, - deyə Obrayn vurğulayıb.

Maraqlıdır ki, Obrayn ABŞ üçün təhlükəli ölkələr sırasında İranın adını qeyd etməyib.

Azvision.az

Teqlər: ABŞ   Rusiya   Çin