Ölkəyə dibçəkdə narkotik gətirmək istədi

Ölkəyə dibçəkdə narkotik gətirmək istədi
  14 Yanvar 2020    Oxunub:2629
Ölkəyə narkotik keçirmək cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, Biləsuvar gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb. Onun gətirdiyi əl yükləri rentgen aparatından keçirilən zaman monitorda şübhəli predmetlərin təsviri görünüb və vətəndaş sorğu-sual olunub.

Şifahi sorğu-sual zamanı vətəndaş ona məxsus bağlamalarda gömrük nəzarətindən gizlədilən, mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olmadığını, əl yüklərində müxtəlif ərzaq malları və sarmaşıq dibçəyinin olduğunu bildirib.

Yoxlama zamanı isə içərisində 2 ədəd sarmaşıq dibçəyi olan bağlamada gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 136 qram olan narkotik vasitə - heroin aşkarlanıb.

Azvision.az



Teqlər:





Xəbər lenti