Prezident Avstriya Kanslerini təbrik edib

  13 Yanvar 2020    Oxunub : 2268
Prezident Avstriya Kanslerini təbrik edib
Prezident İlham Əliyev Avstriya Federal Kansleri Sebastian Kurtsa təbrik məktubu göndərib.
Azvision.az -ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Federal Kansler, Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Azvision.az

Teqlər: Prezident   İlhamƏliyev