800-dən çox qaçqın Suriyaya qayıtdı

800-dən çox qaçqın Suriyaya qayıtdı
  13 Yanvar 2020    Oxunub:2204
Sutka ərzində İordaniya və Livandan Suriyaya 800-dən çox qaçqın qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 855 qaçqın geri dönüb. Belə ki, Livanın "Jaydet Yabus", "Tell-Kalah" keçid məntəqələrindən ümumilikdə 287 nəfər, İordaniyanın “Nasib” keçid məntəqəsindən isə 568 nəfər Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Suriya  





Xəbər lenti