Hindistan səfirliyi Şəhidlər Xiyabanındakı hadisəni araşdırır

 Hindistan səfirliyi Şəhidlər Xiyabanındakı hadisəni araşdırır
  13 Yanvar 2020    Oxunub:4702
Hindistan səfirliyi xəbər saytlarında və sosial mediada dərc olunmuş Şəhidlər Xiyabanında bəzi şəxslər tərəfindən sərgilənən hörmətsiz davranışlarla bağlı videonu izləyib. Səfirlik hər hansı bir şəxs tərəfindən nümayiş olunan bu cür davranışları pisləyir.
Bu barədə Azvision.az -a Hindistanın Bakıdakı səfirliyindən məlumat verilib.

“Səfirlik hazırda bu məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və digər aidiyyatı qurumlarla birgə işləyir”, - deyə qeyd olunub.

Xatırladaq ki, sosial şəbəkələrdə bir qrup Hindistan vətəndaşının Bakıda Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etməsi ilə bağlı görüntülər yayılıb. Bu hadisə şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti