“Seçkidə davranış qaydalarına əməl edəcəyik” - Peter Teyler

 “Seçkidə davranış qaydalarına əməl edəcəyik” -  Peter Teyler
  13 Yanvar 2020    Oxunub:3540
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyası ölkə daxilində yerləşməzdən əvvəl onlarla müzakirə aparılıb, qısa məlumat verilib.
Azvision.az xəbər verir ki, bu barədə missiyanın rəhbəri Peter Teyler “Twitter”də yazıb.

“Azərbaycan hakimiyyətinin dəvəti ilə seçkiləri müşahidə edəcəyik. Davranış qaydalarına əməl edəcəyimiz aydındır. Biz müşahidə etmək üçün buradayıq”, - Teyler yazıb.

Xatırladaq ki, ATƏT DTİHB-nin uzunmüddətli və qısamüddətli müşahidəçiləri daxil olmaqla, ümumilikdə 380 müşahidəçisi Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyəcək. Müşahidə missiyasının əsas heyətinə 12 nəfər daxil edilib.

Parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT   Seçki  





Xəbər lenti