“Elektronikanın macəraları” filminin rejissoru vəfat edib

 “Elektronikanın macəraları” filminin rejissoru vəfat edib
  13 Yanvar 2020    Oxunub:3605
Tanınmış sovet rejissoru Konstantin Bromberq ABŞ-da vəfat edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, rejissor 80 yaşında dünyasını dəyişib.

Bromberq daha çox "Elektronikanın macəraları”, “"Çarodeylər" sovet filmləri ilə yaddaşlarda qalıb. Onun kinoda debüti "Kolka Pavlyukovun uzun günü" olub, həmçinin “Yeralaş”ın bir neçə buraxılışını da çəkib.

Mərhum rejissor "Elektronikanın macəraları”na görə SSRİ Dövlət mükafatına layiq görülüb. Rusiya Federasiyasının əməkdar incəsənət xadimi olub.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rejissor  





Xəbər lenti