Təyyarə təcili eniş etdi, iki nəfər öldü

  13 Yanvar 2020    Oxunub : 1652
Təyyarə təcili eniş etdi, iki nəfər öldü
“Thai Airways” şirkətinə məxsus təyyarə iki sərnişinin özünü pis hiss etməsi səbəbilə Şri-Lankanın Bandaranaike beynəlxalq hava limanına təcili eniş edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Ciddədən (Səudiyyə Ərəbistanı) İndoneziyanın Surabaya hava limanına uçan təyyarə yerli vaxtla saat 02:45-də Bandaranaike aeroportuna enib.

Həmin vaxt biri qadın, digəri kişi olmaqla iki İndoneziya vətəndaşının öldüyü məlum olub. Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Təyyarə