Avstraliyada təbiətin bərpasına 35 milyon dollar ayrılacaq

Avstraliyada təbiətin bərpasına 35 milyon dollar ayrılacaq
  13 Yanvar 2020    Oxunub:3084
Avstraliyanın federal hökuməti meşə yanğınlarından sonra qitənin təbiətini bərpa etmək üçün təxminən 35 milyon dollar vəsait ayıracaq.

Azvision.az xəbər verir ki, bu barədə Avstraliyanın Ətraf mühitin mühafizəsi naziri Susan Ley "Twitter" hesabında bildirib. Onun sözlərinə görə, söhbət 50 milyon Avstraliya dollarından (34,8 milyon dollar) gedir.
Nazir, həmçinin vurğulayıb ki, vəsaitin bir hissəsi elm adamlarının, ekoloqların və ictimai təşkilatların işlərinin dəstəklənməsinə yönəldiləcək.

Qeyd edək ki, daha əvvəl Avstraliyada meşə yanğınları nəticəsində 27 nəfərin öldüyü bildirilib, 1 milyarddan çox heyvan isə tələf olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avstraliya  





Xəbər lenti