ABŞ-ın İraqdakı bazasına raket hücumu - Yaralılar var

 ABŞ-ın İraqdakı bazasına raket hücumu -    Yaralılar var
  13 Yanvar 2020    Oxunub:4476
İraqda amerikalı hərbçilərin olduğu “Bələd” bazası raket hücumuna məruz qalıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi bazanın ərazisinə 8 raket atılıb. Səlahəddin vilayətində yerləşən bazaya hücum nəticəsində 4 nəfər yaralanıb. Yaralıların iraqlı hərbçilər olduğu bildirilir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Azvision.az



Teqlər: ABŞ   İraq  





Xəbər lenti