Ermənistanda “donuz qripi” aşkar edilib

  12 Yanvar 2020    Oxunub : 2033
Ermənistanda “donuz qripi” aşkar edilib
Ermənistanda H1N1 virusu (donuz qripi) aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “donuz qripi”nə yoluxan bir nəfər dünyasını dəyişib.

Hazırda Ermənistanda kəskin respirator infeksiya ilə əlaqədar 668 nəfər xəstəxanalara yerləşdirilib. Onların arasında azyaşlılar çoxluq təşkil edir.

Azvision.az

Teqlər: Ermənistan   Donuz-Qripi