Əfqanıstanda iki ABŞ əsgəri həlak olub

  11 Yanvar 2020    Oxunub : 2199
Əfqanıstanda iki ABŞ əsgəri həlak olub
Əfqanıstanın cənubunda partlayış nəticəsində iki ABŞ hərbçisi həlak olub, daha iki hərbi qulluqçu isə yaralanıb.
ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumata görə, NATO missiyasinın tərkibindəki kontingentin hərbçilərini daşıyan döyüş avtomobili Qəndahar əyalətində yola basdırılmış minaya düşüb. Hadisəyə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Qeyd edək ki, ABŞ qoşunlarının Əfqanıstanda olduğu müddətdə 2,5 mindən çox Amerika hərbi qulluqçusu həlak olub.

Azvision.az

Teqlər: Əfqanıstan   Hərbçi