MSK 9 bələdiyyədə seçkinin nəticələrini ləğv edib

  11 Yanvar 2020    Oxunub : 2508
 MSK 9 bələdiyyədə seçkinin nəticələrini ləğv edib
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulub.

Azvision.az -ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası 9 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.
Seçki nəticələri ləğv edilənlər 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində Boşçağlar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsində Təzəkənd, Milabad bələdiyyələri, 82 saylı Ağcabədi seçki dairəsində Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsində Tağlabian bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Əmirli, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində Xosrov bələdiyyəsidir.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki