Bələdiyyə sədrinə məcburi göstəriş verilib

Bələdiyyə sədrinə məcburi göstəriş verilib
  11 Yanvar 2020    Oxunub:2114
Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilandan olan məcburi köçkünlər üçün salınmış yaşayış massivinə yaxın ərazidə məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 2000 m2 sahəyə məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə tullantıların idarə olunmasına cavabdeh olan Abşeron rayon, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyəvə icrası məcburi olan müddətli məcburi göstəriş verilib.

Hazırda Nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazi Masazır bələdiyyəsi tərəfindən tullantılardan təmizlənir.



Azvision.az


Teqlər: Abşeron   Bələdiyyə   Sədr  





Xəbər lenti