İran vurulan təyyarənin “qara qutu”sunu Fransaya göndərir

 İran vurulan təyyarənin “qara qutu”sunu Fransaya göndərir
  11 Yanvar 2020    Oxunub:2531
İranda vurulmuş Ukraynaya məxsus təyyarənin “qara qutusu” açılmaq üçün Fransaya göndəriləcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının aviaqəzaların araşdırılması idarəsinin rəhbəri Həsən Rzayifər deyib.

O bildirib ki, layner müasir təyyarələrdən olduğuna görə, onun İranda oxunması texnologiyası yoxdur. Bu səbəbdən “qara qutu” açılarkən ona xələl gətirilə bilər.

“Kanada, Fransa və ABŞ-a “qara qutu”nun oxunması üçün lazımi proqram və avadanlığın İrana gətirilməsi ilə bağlı müraciət olunsa da, bu ölkələr İranın təklifini qəbul etməyiblər. Onlar İranın Fransa ilə “qara qutu”ların oxunması üçün əməkdaşlıq razılaşmasının olduğunu nəzərə alaraq, onu Fransaya göndərməyi təklif ediblər", - Rzayifər əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Təyyarə   Fransa  





Xəbər lenti