Zelenski İrandan tələb edir: “Kompensasiya ödənilməlidir”

  11 Yanvar 2020    Oxunub : 2267
Zelenski İrandan tələb edir: “Kompensasiya ödənilməlidir”
Ukrayna İrandan təyyarə qəzasına görə günahını tam etiraf etməsini gözləyir.
Azvision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski öz “Twitter” səhifəsində yazıb.

“Bu səhər həqiqət gətirdi. Komissiyanın araşdırması başa çatmamış İran öz günahını etiraf etdi. Lakin biz İrandan günahını tam etiraf etməsini, rəsmi üzr istəməsini, günahkarların cəzalandırılmasını, ölənlərin meyitlərinin qaytarılmasını və vurulmuş təyyarəyə görə kompensasiya ödənilməsini gözləyirik”, - deyə Zelenski bəyan edib.

Xatırladaq ki, İran təyyarənin hərbçilər tərəfindən səhvən vurulduğunu etiraf edib.

Qeyd edək ki, göyərtəsində 176 nəfər olan təyyarə çərşənbə günü Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb. Hadisə nəticəsində 176 nəfər ölüb. Onlardan 82 nəfəri İran vətəndaşıdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ukrayna   Zelenski