Naxçıvanda 97 mindən çox ailə var

Naxçıvanda 97 mindən çox ailə var
  11 Yanvar 2020    Oxunub:2194
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Azvision.az-ın məlumatına görə, iclasda Komitənin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, 2019-cu il iyulun 1-nə olan məlumata əsasən, muxtar respublikada 97358 ailə var. Bu da keçən illə müqayisədə 699 ailə və ya 0.72% çoxdur.

Bunlardan 1384-ü qaçqın və məcburi köçkün ailəsi, 223-ü şəhid ailəsi, 430-u aztəminatlı ailədir ki, keçən illə müqayisədə 95 və ya 18.10% aztəminatlı ailə azdır.

Aztəminatlı ailələrin sosial problemlərinin öyrənilməsi və həlli ilə əlaqədar tədbirlər görülüb, Komitə tərəfindən 10 aztəminatlı ailəyə baş çəkilib. Komitə tərəfindən 2019-cu ildə bir sıra tədbirlər keçirilib.

Azvision.az


Teqlər: Naxçıvan   Komitə  





Xəbər lenti