Xaçmaz sakini narkotiklə saxlanılıb

Xaçmaz sakini narkotiklə saxlanılıb
  11 Yanvar 2020    Oxunub:2671
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini Cavanşir Qurbanov yaşadığı evin yaxınlığında saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 500 qrama yaxın olan qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı C.Qurbanov narkotik maddənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün qanunsuz olaraq saxladığını bildirib. Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti