Qazaxın kəndlərində döyüş sursatları aşkarlanıb - FOTO

Qazaxın kəndlərində döyüş sursatları aşkarlanıb -    FOTO
  11 Yanvar 2020    Oxunub:2693
Yanvarın 10-da saat 11:27-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Kəmərli kəndi ərazisində döyüş sursatlarının və Daş Salahlı kəndində 1 ədəd top mərmisinin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və DSX əməkdaşları tərəfindən birlikdə müvafiq əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.



Kəmərli kəndi ərazisində agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 23 millimetrlik zenit top mərmisi (OFZ), 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 455 ədəd müxtəlif çaplı patron, 3 ədəd işıqlandırıcı fişəng, 1 ədəd avtomat darağı (boş) və 4 ədəd pulemyot lenti (boş) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Ətrafda 150 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Daş Salahlı kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 millimetrlik top mərmisi (OF-56) aşkar olunub, ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış zamanı əlavə 1 ədəd də 122 millimetrlik top mərmisi (OF-56) aşkarlanıb. Top mərmisinin silahdan atıldığı, üzərində partladıcısının olduğu və havanın qaranlıq olması nəzərə alınaraq, DSX əməkdaşlarının mühafizəsinə verilməklə növbəti iş günü yerində zərərsizləşdirilməsi qərara alınıb.



Agentlik tərəfindən yanvarın 1-dən 10-dək 9 siqnal (əməliyyat çağırışı) əsasında 7 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağstafa, Xızı, Qazax, Sabirabad, Tovuz rayonları və Bakı şəhəri ərazisində 1 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq sahəsinə baxış keçirilib, 20 ədəd partlamamış hərbi sursat və 2 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib, 2 min 670 kvadratmetr ərazi yerüstü və 286 kvadratmetr ərazi yeraltı yoxlanılıb.

Azvision.az


Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti