İlin ilk Ay tutulması başlayıb

   İlin ilk Ay tutulması başlayıb
  11 Yanvar 2020    Oxunub:3321
2020-ci ilin ilk Ay tutulması başlayıb.
Azvision.az xəbər verir ki, ay tutulmasını yarımkölgəli olduğundan adi gözlə görmək çətindir.

Təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayıb, saat 01:12-də sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay tutulması Azərbaycanda da müşahidə olunacaq.

Azvision.az


Teqlər: Aytutulması  





Xəbər lenti