İraq ABŞ-dan qoşunların çıxarılmasını tələb edir

İraq ABŞ-dan qoşunların çıxarılmasını tələb edir
  10 Yanvar 2020    Oxunub:3193
İraqın Baş Nazirinin səlahiyyətlərini icra edən Adel Abd əl-Mehdi ABŞ-ın dövlət katibi Mayk Pompeodan xarici qoşunların çıxarılması mexanizmlərinin işlənməsi üçün nümayəndələrini Bağdada göndərməyi tələb edib.
Azvision.az xəbər verir ki, bu barədə Baş nazirlik aparatının yaydığı açıqlamada deyilir.

Məlumata görə, əl-Mehdi ilə Pompeo arasında telefon danışığı olub və onlar Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər. Eyni zamanda, müxtəlif tərəflərin eskalasiyaya yol verməməsinin, vəziyyətin açıq müharibəyə keçməsinin qarşısının alınmasının vacibliyini ifadə ediblər.

Abd əl-Mehdi Vaşinqtonun İraq parlamentinin xarici qoşunların təhlükəsiz şəkildə ölkədən çıxarılması ilə bağlı qərarının icrasını təmin etmək üçün Bağdada nümayəndələr göndərməli olduğunu söyləyib. O, İraqın qonşu və dost ölkələrlə daha yaxşı münasibətləri saxlamaq istədiyini vurğulayıb.

Pompeo isə öz növbəsində ABŞ-ın İraqın suverenliyinə hörmət etdiyini diqqətə çatdırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq   ABŞ  





Xəbər lenti