YAP-ın deputatlığa namizədləri ilə bağlı maraqlı STATİSTİKA

  YAP-ın deputatlığa namizədləri ilə bağlı maraqlı    STATİSTİKA
  10 Yanvar 2020    Oxunub:20755
Hakim Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün irəli sürdüyü namizədlərin sosial tərkibinin statistikasını açıqlayıb.
Azvision.az xəbər verir ki, bununla bağlı məlumatları Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov təqdim edib.

O, bildirib ki, YAP hər zaman gender bərabərliyi prinsiplərinə əməl edərək hakimiyyətin hər üç qolunda – qanunverici, icraedici və məhkəmə sistemlərində qadınların təmsil onunmasına xüsusi əhəmiyyət verib: "Bu dəfə də partiyamız ənənəsinə sadiq qalaraq 28 nəfər ictimai-siyasi cəhətdən fəal və öz sahəsində uğur qazanmış qadınlarımıza siyahısında yer verib.

Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün YAP-ın irəli sürdüyü namizədlərin sosial tərkibinin statistikası aşağıdakı kimidir:

Namizədin sayı: - 123 nəfər

Onlardan: Qadın - 28 nəfər

Kişi - 95 nəfər

Yaş qrupları üzrə: 18-35 yaş - 18 nəfər

36-45 yaş - 35 nəfər

46-60 yaş - 40 nəfər

60-dan yuxarı - 30 nəfər

Fəaliyyət sahələri üzrə: Dövlət sektoru - 32 nəfər

Milli Məclisin deputatı - 45 nəfər

Bələdiyyə üzvləri - 6 nəfər

Səhiyyə üzrə - 6 nəfər

Təhsil üzrə - 22 nəfər

Özəl sektor - 10 nəfər

Müvəqqəti işsiz - 2 nəfər

Təhsil üzrə: Ali - 123 nəfər

Elmi dərəcəlilər: Elmlər namizədi - 22 nəfər

Elmlər doktoru - 21 nəfər

YAP rayon (şəhər) təşkilat sədrləri: - 8 nəfər

Azvision.az


Teqlər: YAP   Namizəd  





Xəbər lenti