Zelenski təyyarənin raketlə vurulmasını istisna etmir

  10 Yanvar 2020    Oxunub : 2500
Zelenski təyyarənin raketlə vurulmasını istisna etmir
İranda qəzaya uğramış Ukraynaya məxsus "Boeing" təyyarəsinin raketlə vurulması versiyası istisna edilmir, lakin bu, hələ təsdiqlənməyib.

Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
"Təyyarənin raketlə vurulması ilə bağlı versiya istisna edilmir, lakin hələlik təsdiqlənməyib", - Zelenski deyib.

Prezident vurğulayıb ki, Kiyev bütün beynəlxalq tərəfdaşlarını, xüsusilə ABŞ, Kanada və Böyük Britaniyanı faciə barədə məlumat və sübutları İstintaq Komissiyasına təqdim etməyə çağırır.

Onun sözlərinə görə, İranda təyyarənin qəzaya uğramasının səbəblərini araşdıran komissiya işini davam etdirir, Ukrayna nümayəndələri də prosesə qoşulublar: "Onların obyektiv araşdırma aparmaları üçün lazım olan bütün məlumatlarla təmin ediləcəyini gözləyirik. Nümayəndələrimizlə mütəmadi əlaqə saxlayırıq".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ukrayna   Kiyev