Şəmkirdə itkin düşən 17 yaşlı qız tapılıb

Şəmkirdə itkin düşən 17 yaşlı qız tapılıb
  10 Yanvar 2020    Oxunub:3174
Şəmkirdə itkin düşən şəxs tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X. Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Şəmkir  





Xəbər lenti