Trampın səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edildi

Trampın səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edildi
  10 Yanvar 2020    Oxunub:2208
ABŞ Konqresinin Nümayəndələr Palatası İranla hərbi əməliyyatların aparılması ilə bağlı Prezident Donald Trampın səlahiyyətlərini məhdudlaşdıran qətnaməni yekdilliklə qəbul edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, qətnamənin lehinə 224, əleyhinə isə 194 konqresmen səs verib.

Bununla belə, qəbul edilən qətnamə qanun xarakteri daşımır və Senat tərəfindən qəbul ediləcəyi təqdirdə, imzalanmaq üçün prezidentə göndərilməyəcək.

Qətnamə yaxın müddətdə Konqresin yuxarı palatası olan Senatda müzakirəyə çıxarılacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti