İranda ölən stüardessanın son paylaşımı - Pilotla evli imiş (FOTOLAR)

  10 Yanvar 2020    Oxunub : 14843
İranda ölən stüardessanın son paylaşımı - Pilotla evli imiş (FOTOLAR)
İranda baş vermiş təyyarə qəzasında həlak olan ukraynalı stüardessa Valeria Ovçarukun "Instagram"dakı son paylaşımı sosial şəbəkə istifadəçilərini dərindən kədərləndirib.

Azvision.az xəbər verir ki, xanım stüardessa fotosunu paylaşaraq işini necə çox sevdiyini etiraf edib.
"Mənim işim, səni sevirəm", - deyə Ovçaruk Taylanddan etdiyi paylaşımda yazıb.

Mərhum stüardessa Luqanskda anadan olub, dəmir yolu kollecində oxuyub. Daha sonra Aviasiya İnstitutunu bitirib, 2015-ci ildə Kiyevə köçüb və stüardessa kimi çalışmağa başlayıb. O, pilotla ailə qurub.

Xatırladaq ki, Tehran-Kiyev marşrutu ilə uçan Ukraynaya məxsus “Boeing 737” təyyarəsi qəzaya uğrayıb. Təyyarədə uçuş heyəti daxil olmaqla 176 nəfər olub, onların hamısı həlak olub.












Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Qəza   Təyyarə