İrandan 1 kq-dan çox heroin keçirmək istədi

  10 Yanvar 2020    Oxunub : 1862
İrandan 1 kq-dan çox heroin keçirmək istədi
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi "AZSAMAND" markalı, 99-KB-158 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Xoşbəxt Abdulla oğlu saxlanılıb. Sorğu-sual zamanı vətəndaş avtomobildə və üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan ediləsi heç bir predmetin olmadığını bildirib.

Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti it avtomobilin tavanına və yük yerinə reaksiya verib. Bunun ardınca, rentgen qurğusu ilə baxış zamanı monitorda avtomobilin tavanının ön hissəsində şübhəli cizgilər müşahidə edilib.

Daha sonra X.Abdullayevin idarə etdiyi minik avtomobili əsaslı yoxlanılıb. Nəticədə, avtomobilin tavanının ön hissəsində, tavana çəkilmiş üzlüyün altında - üzlüklə metal lövhənin arasına yerləşdirilərək gizlədilmiş, "kopirovka" deyilən kağıza və gümüşü rəngli falqaya bükülmüş 6 ədəd plastik butulka aşkara çıxarılıb.

Həmin butulkalardan 3 ədədində qablaşdırılmaları ilə birgə ümumi çəkisi 1120 qram təşkil edən narkotik vasitə - heroin, digər 3 ədəd butulkada isə qablaşdırılmaları ilə birgə ümumi çəkisi 679 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Bununla belə, yoxlama davam etdirilib və avtomobilin yük yerindəki ehtiyat təkərin yanında, kibrit qutusunda qablaşdırılması ilə birgə çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkar olunub.

Daha sonra isə X.Abdullayevin üzərində şəxsi yoxlama zamanı gödəkçəsinin cibindən metaldan hazırlanmış və soyuq silah hesab edilən "beşbarmaq" aşkara çıxarılıb.

Azvision.az

Teqlər: DGK