Ukrayna təyyarəsi raketlə vurulub? - İran təkzib edir

Ukrayna təyyarəsi raketlə vurulub? -   İran təkzib edir
  10 Yanvar 2020    Oxunub:4392
İranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsinin raketlə vurulduğu deyilir.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıblar. İddia edilir ki, İran tərəfi ABŞ-ın hərbi təyyarəsi olduğunu zənn edərək səhvən Boeing 737-800 hava gəmisini raketlə vurub. Hətta raketlərin "Tor" zenit-raket kompleksindən buraxıldığı bildirilib. Lakin İranın rəsmi qurumları dərhal məsələyə aydınlıq gətirərək, bu xəbərləri qəti şəkildə təkzib ediblər.

“Təyyarənin raketlə vurulduğu versiyası heç bir halda həqiqətə uyğun deyil”, - deyə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə açıqlama verib.

Qeyd edək ki, göyərtəsində 176 nəfər olan təyyarə çərşənbə günü Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb. Hadisə nəticəsində 176 nəfər ölüb. Onlardan 82 nəfəri İran vətəndaşıdır.

Azvision.az



Teqlər: İran   Təyyarə   Qəza  





Xəbər lenti