Yunanıstan on limanı satışa çıxaracaq

Yunanıstan on limanı satışa çıxaracaq
  09 Yanvar 2020    Oxunub:1902
Yunanıstan 2020-ci ildə 10 əsas regional limanın istismarı üçün beynəlxalq tender elan edəcək.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gəmiçilik və Ada Siyasəti naziri Yannis Plakiotakis kruiz gəmi sahibləri birliyi ilə görüşdə bildirib.

Nazir, həmçinin milli kruiz strategiyasının yaradıldığını da açıqlayıb.

Yunan Limanları Birliyinə görə, 2019-cu il Yunanıstanda kruizlər üçün yaxşı olub. Belə ki, ötən il, Yunan limanlarına 3.899 gəmi və 5.5 milyondan çox sərnişin ziyarət edib.

Assosiasiyadan bildirilib ki, gəmilərlə ölkəyə gələn qonaqların sayı 15,64 faiz artıb.

Azvision.az


Teqlər: Yunanıstan  





Xəbər lenti