“İran nüvə sazişini gücləndirməyə çalışır” - Ruhani

“İran nüvə sazişini gücləndirməyə çalışır” - Ruhani
  09 Yanvar 2020    Oxunub:2389
Tehran nüvə sazişini gücləndirməyə çalışır, məhdudiyyətlərə əməl etməkdən son imtina razılaşmada balans yaratmaq üçün lazım idi.
Azvision.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel ilə telefon danışığında deyib.

"İran və Avropa bölgəni sabitləşdirməyə və birgə hərtərəfli fəaliyyət planını gücləndirməyə çalışır. Avropa, Çin və Rusiya bu planı qorumaqda, İranın maraqlarını təmin etməkdə önəmli rol oynayıblar. Bu, bizim üçün çox vacibdir",- deyə Ruhani bildirib.

İran Prezidentinin sözlərinə görə, Tehran müqavilədə balans yaratmaq üçün nüvə öhdəliklərini azaltmağın son mərhələsinə keçib.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayının əvvəlində İran nüvə sazişindəki son əsas məhdudiyyətdən imtina etdiyini bəyan edib. Rəsmi Tehranın yaydığı məlumata görə, hazırda İranın nüvə proqramı ilə işləmək üçün heç bir məhdudiyyəti yoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Ruhani  





Xəbər lenti